Türkiyədə FETÖ-nün gizli üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.

Nazirin sözlərinə görə, Ankara, Bursa və İzmir başda  olmaqla 20 şəhərdə keçirilən məliyyatlarda 50 şübhəli şəxs tutulub: "Onlardan 3-ü haqda həbs tədbiri seçilib, 5-i ev dustaqlığına buraxılıb. Qalanlarının ətrafında istintaq hərəkətləri davam edir"

Nazir xatırladıb ki, təkcə bu il FETÖ-yə qarşı əməliyyatlarda ümumilikdə 910 nəfər həbs edilib, 1006 nəfər polis nəzarətinə verilib.

Firudin Səfərli
MİA.AZ