"Mən əminəm və inanıram ki, Fələstin dövlətini tanımaq, bir sözlə, sülh üçün yeganə yol olan bu siyasi dinamikanı başlatmaq üçün Parisdə, Londonda və başqa yerlərdə səsimizi birləşdirməliyik".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözəri Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyada Baş nazir Key Starmerlə birgə mətbuat konfransında deyib.

Makron bildirib ki, o və Starmer Yaxın Şərqə, eləcə də Ukraynaya oxşar yanaşmaları bölüşürlər.

Bölgədə atəşkəs, sülhə gedən yol və İsrailin Qəzzaya hücumlarına son qoymağa çağırdıqlarını təkrarlayan Makron sözünə belə davam edib: "Biz birlikdə Qəzzada atəşkəsə və bütün əsir və girovların azadlığa buraxılmasına çağırdıq. Girovların və Qəzza xalqının iztirablarına son qoymaq üçün bu, təcili olaraq lazımdır. Sonu və ya strategiyası olmayan müharibənin davam etdirilməsi bölgə və ümumi təhlükəsizliyimiz üçün ciddi risk yaradır. Problemin yolu iki dövlətli həlldir. Yəni, Fələstin dövlətinin yaranması və İsrailin qonşuları ilə sülh içində yaşaması  yeganə çıxış yoludur"

Zülfiyyə

MİA.AZ