ABŞ Məxfi Xidməti 2024-cü il iyulun 13-də prezident Donald Trampa sui-qəsd cəhdi ilə bağlı apardığı təhqiqat çərçivəsində altı əməkdaşını müvəqqəti vəzifədən azad edib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə CBS News-a danışan Məxfi Xidmətin direktor müavini Metyu Quinn açıqlama verib.
O bildirib ki, həm nəzarətçi, həm də sahə personalı olan altı işçi 10 gündən 42 gün müddətinə qədər vəzifədə kənarlaşdırılıb: "İstintaq çərçivəsində onlarla bağlı yekun qərar veriləcək".
Rəsmi şəxs əlavə edib ki, bir daha oxşar vəziyyətin yaşanmaması üçün çalışırlar.
Samir MUSAYEV
MİA.AZ