Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində - magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Qəza nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik: