Hindistanın Qucarat əyalətində magistral yolda körpü uçub.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki dirəyi arasında olan hissə dağılıb.
Məlumata görə, nəticədə hadisə zamanı körpüdən keçən iki yük maşını və iki pikap çaya düşüb: "İlkin məlumatlara görə, 9 nəfər ölüb, 6 nəfər yaralanıb. Faktla bağlı araşdırma başlayıb".
Tahir Şəlvəli
MİA.AZ