ABŞ prezidenti Donald Trampın maraqlı səs yazısı yayılıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, səs yazında onun Rusiya prezidenti Vladimir Putinlə Çin liderini hədələməsindən söz açılıb.
Tramp Putinin Ukraynanın paytaxtı Kiyevə girərsə, Moskvanı bombalayacağı ilə hədələdiyini açıq dillə ifadə edib: "Putinə dedim ki, Kiyevə girsən, Moskvanı tamamilə yerləbir edənə qədər bombalayacağam. Başqa seçimim yoxdur. Mənə inanmadığını dedi, amma məncə, o, təxminən 10 faiz inandı. Çin dövlət başçısı Si Cinpinə də oxşar xəbərdarlıq etdim. Ona Tayvana hücum etsəniz, Pekini bombalayacağıq” dedim. O, məni dəli hesab edirdi, amma sonradan heç bir problemimiz olmadı. Onlar hücumdan çəkindi”.
Tahir Şəlvəli
MİA.AZ