Xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını təbrik edib.

Mia.az xəbər verir ki, təbrikdə deyilir: "9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!",