Türkiyədə CHP üzvü olan daha bir bələdiyyə sədri həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul bələdiyyə sədri Əkrəmİmamoğlunun həbsiylə başlayan "ov" bu dəfə Adana Böyük şəhər Bələdiyyə sədri Zeydan Karaları da hədəfə gətirib.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Adana Böyükşəhər Bələdiyyə sədri daha sonra həbs edilməsi üçün məhkəməyə sövq edilib.

Məhkəmə qərarı ilə o, həbs olunub.

Samir Musayev
MİA.AZ