İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayı açıqlanıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu haqda Fələstin Azadlıq Təşkilatı (FAT) hesabat xarakterli açıqlama yayıb.

Hesabatda bildirilib ki, 2025-ci ilin iyul ayına qədər İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayı 10 min 800-ə çatıb: "Bu rəqəm indiyə qədər qeydə alınmayıb. Bu, rekorddur..."

Məlumatda o da deyilir ki, İsrail həbsxanalarında saxlanıanlar arasında 500-dək qadın və uşaq da var.

Tahir Şəlvəli
MİA.AZ