İsrailin baş naziri Benyamin Netanyahu Nyu-Yorkun meri seçiləcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən çıxarılan qərara əsaslanaraq onu həbslə hədələyən şəhər bələdiyyəsinə müsəlman namizəd Zöhran Məmdaninin təhdidi barədə sualı cavablandırıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Ağ Evdə Donald Trampla birgə brifinqdə Netanyahu suala "diplomatik" cavab verib: "Mən Nyu-Yorka Prezident Trampla gedəcəyəm”.

Tramp suala müdaxilə edərək Mamdani ilə bağlı tənqidlərini təkrarlayıb və bildirib ki, Mamdani noyabrın 4-də keçiriləcək seçkilərdə qalib gəlsə belə, Ağ Evə ehtiyacı olacaq: "Hər şey, bütün yollar Ağ Evdən keçir. Onun Ağ Ev-ə, buradan keçəcək pula ehtiyacı var. Yaxşı olar ki, özünü aparsın, rahat dursun. Yoxsa başı böyük bəlaya girər".

Xatırladaq ki, Nümayəndələr Palatasının üzvü Mamdani Nyu Yorkda Demokratlar Partiyasından meri seçkilərində qalib gəlib. 33 yaşlı Mamdani noyabrın 4-də keçiriləcək seçkidə qalib gəlsə, Nyu-Yorkun ilk müsəlman meri olacaq. O, seçildiyi təqdirdə, Netanyahunun Nyu Yorka gəlsə, həbsini mümkün sayır: "Mən bələdiyyə sədri olsam, Nyu Yorkda Netanyahunu həbs edərdik. Bura beynəlxalq hüquqa uyğun dəyərlərə malik bir şəhərdir. İndi biz bu dəyərlərə uyğun hərəkət etməliyik".

Lamiyə Əhmədli
MİA.AZ