ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) indiki rəhbərliyini tərifləyib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, o, bundan əvvəlki FTB rəhbərlərini isə "başıpozuq" adlandırıb.
Donald Tramp bildirib ki, Federal Təhqiqatlar Bürosunun başıpozuq liderlərinə görə qurum indiyədək öz işini layiqincə görməyib: "İndisə FTB direktoru Kaş Patel və onun müavini Den Bonqinonun rəhbərliyi altında quruməvvəki güclü kökünə dönüb. Bizdə dünyanın ən yaxşı hüquq-mühafizə mütəxəssisləri var, lakin siyasət və başıpozuq liderlik onlara çox vaxt öz işlərini görməyə mane olub. Artıq bu, belə deyil, onlar öz işlərini görmək üçün sərbəst buraxılıblar və onlar məhz bunu edirlər. Davam və Amerikanı yenidən təhlükəsiz edin!".
Lamiyə Əhmədli
MİA.AZ