İsrail ordusu səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə zərbələr endirməyə başlayıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, nəticədə ümumilikdə daha 58 dinc sakin həyatla vidalaşıb.
Məlumata görə, İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsinin şimalına toplanan bir qrup fələstinlini də atəşə tutub. Burada isə 11 fələstinli həyatını itirib, 30-dək yaralı var.
Xəbərdə deyilir ki, digər bölgələrdəki itki dəqiqləşdirlir.
Firudin Səfərli
MİA.AZ