İstanbulun hərəkətdə olan yerüstü metro - metrobüsdə yanğın olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bakırköy qəsəbəsində hərəkətdə olan metrobüsdə baş verən yanğını vaxtında söndürmək mümkün olmayıb və metobüs tamamilə yararsız hala düşüb.
Məlumata görə, İncirlidən Ədirnə istiqamətində hərəkət edən metrobüsdə naməlum səbəbdən başlayan yanğını görən metrobüs sürücüsü dərhal hərəkəti dayandırmaqla, sərnişinlərin təxliyəsinə şərait yaradb: "Əgər bunu etməsəydi, böyük faciə yaşanardı..."
Samir Musayev
MİA.AZ