Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinin bir neçə gün əvvəl həbs olunan sədri Muhittin Böcek bu gün "müvəqqəti tədbir olaraq" vəzifəsindən uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, "rüşvətalma" və digər ittihamlarla üzləşən Muhittin Böcek haqqında qərar Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən verilib.

Samir Musayev
MİA.AZ