Türkiyə prezidenti Ərdoğan CHP sədri Özgür Özəli məhkəməyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun son çıxışında Ərdoğana qarş səsləndirdiyi sərt ittiham və təhdidlər olub.
Məlumata görə, bu səbəbdən Ərdoğan onu Ankara Asliye Məhkəməsinə verərək, 500 min lirə təzminat istəyib.
Faktı Prezidentin vəkili Hüseyn Aydın faktı təsdiqləyib. Əlavə edib ki, bundan başqa, Ankara Respublika Baş Prokurorluğuna partiya sədrinə prezidenti təhqir etmə və hədələmə ittihamları üzrə cinayət işi açılıb.
Xatırladaq ki, CHP sədri Özgür Özəl 5 iyul 2025-ci ildə partiyadakı brifiqnd Ərdoğanı "qorxaq" adlandırıb: "Buradan Ərdoğana bir daha meydan oxuyuram. Madam ki, sən bir nömrəli partiya və onun liderisən, gəl, ey Allahın qorxağı. Ey Allahın qorxağı, bir nömrəli partiya olsaydın, seçkiyə gedərsən. Yalvarırsan mənə ki, gəl Ankarada partiyanın başında dur, İstanbuldakı aksiyaları dayandır. Guya onu mitinqlər narahat etmir. Mənə açıqca "Əkrəm İmamoğlunu burax" deyir. Ya sən kimsən? Sənin szünlə partiya başına keçənə qədər seçkiyə kimi şərəfimlə Silivridə Əkrəm başqanın yanında olaram...".
Samir Musayev
MİA.AZ