ABŞ prezidenti Donald Tramp milyarder iş adamı Elon Maskın partiya yaratmaq cəhdini təqdir etməyib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Tramp bildirib ki, Maskın siyasi gündəmə üçüncü qüvvə kimi (Respublikaçılar və Demokratlardan ibarət ənənəvi ikili rəqibləri ilk sırada nəzərdə tutur - Mia.az) atılmaq cəhdi zəhlətökən, absurd bir davranışdır: "Bu, yalnız xaos yarada bilər. O, zəhlətökən işə girişir. Bunu görmək mənim üçün xoş deyil. Ölkənin ən uğurlu partiyası bizm partiyadır - Respublikaçılar Partiyası. Xalqdan soruşsanız, Maskın hərəkətindən, yəni üçüncü qüvvə yaratmaq cəhdindən məmnun olmaz, əsla".
Xatırladaq ki, Mask sahibi olduğu X sosial mediadada "Amerika Partiyasını qurmalıyıqmı?” sualı ilə sorğu keçirib və hər üç amerikalıdan ikisin bu suala “hə” deyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ