Türkiyə ordusunun daha 3 hərbçisi şəhid olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün İraqın şimalında - "Pəncə-Kilit" əməliyyatı bölgəsində PKK terrorçularının istifadəsində olan mağarada axtarış apararkən metan qazından zəhərlənən daha 3 hrbçi bu gün səhərə yaxın xəstəxanada dünyalarını dəyişiblər.
Məlumata görə, bununla da şəhid olanların sayı 8-ə yüksəlib.
Hazırda 11 hərbçinin müalicəsi davam edir.
Lamiyə Əhmədli
MİA.AZ