Ankaranın Çankaya rayonunda CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun sərəncamında olan ofis mülk sahibi tərəfindən satışa çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda saytlarda elan verilib.
Elanın Kamal Kılıçdaroğlunun Ankaradakı ofisinə aid olduğu üzə çıxan kii isə böyük maraq doğurub.
Məlumata görə, ictimai müzakirələri görən mülk sahibi elanı dərhal silib.
Xatırladaq ki, elanda ofisin qiyməti 48 milyon lirə qoyulub.
Firudin Səfərli
MİA.AZ