Ötən gün İstanbulun Saraçhane rayonunda CHP-nin təşkil elədiyi mitinqdə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edənlərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat açıqlayıb.

Nazir bildirib ki, aksiyada Rəcəb Tayyib Ərdoğanı təhqir edən və o cümlədən təhlükəsizlik qüvvələrinə problemlər yaradan ümumilidə 42 nəfər saxlanılıb: "Onların ifadəsi alındıqdan sonra məhkəməyə sövq ediləcək:  Ölkəmizin küçə və meydanlarını heç kim xalqın iradəsi ilə hücum meydanına çevirə bilməz. Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"

Lamiyə Əhmədli

MİA.AZ