"Bizim hücum Qətərə qarşı deyil, olmayıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon söhbətində deyib.
O, iki ölkə arasında münasibətlərin dostluğa söykəndiyini və çox güclü olduğunu bildirb: "İran yaxşı qonşuluq və qarşılıqlı maraqlar əsasında bu hərtərəfli əlaqələri qoruyub saxlamaq əzmindədir. İranın ABŞ-ın Qətərdəki Əl-Udeid bazasına zərbəsi özünümüdafiə hüququ çərçivəsində atılıb".
Qətərin baş naziri və xarici işlər naziri Əl Tani də ölkəsinin regional təhlükəsizlik və sabitliyin qorunmasında konstruktiv rol oynadığını xüsusi vurğulayıb.
Tahir Şəlvəli
MİA.AZ