Xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayedlə telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıblar.