ABŞ prezidenti Donald Trampın Təl-Əviv və Tehran administrasiyası arasında qısa zamanda qüvvəyə minəcək atəşkəsin əldə edildiyini açıqlamasının ardından İsrail ordusu İranın daha bir hücumunun qarşısını aldıqlarını bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada hava müdafiə sistemlərinin İranın daha 4 PUA-sının ölkəyə girməmiş zərərsizləşdirildiyi bildirilib: "PUA-lardan biri Qolan Təpələrinin cənubunda vurularaq yerə salınıb, digər üçü isə ələ keçirilib".
Firudin Səfərli
MİA.AZ