"Avroviziya" təmsilçilərimizdən olan Nigar Camal onu tənqid edən sosial şəbəkə istifadəçisini polisə şikayət edib.
Mia.az Axşam.az-a istinadla xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb.
O bildirib ki, bir xanım onunla bağlı tənqidi status paylaşıb.
"Bu qadın adına ləkə olan qız mənim haqqımda feysbukda şər-böhtan xarakterli paylaşımlar edir. Doğruları yazanları isə "troll" adlandırır. Dəfələrlə xəbərdarlıq edilsə də, postları silmir", - deyə Nigar paylaşımında yazıb.