Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində iordaniyalı həmkarı Ayman Safadi ilə görüşərək regional təhlükəsizliyi müzakirə edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər görüş zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıb, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiqliyi təsdiqləyiblər.

Tərəflər həmçinin İsrail-İran münaqişəsi nəticəsində artan regional qeyri-sabitliklə bağlı narahatlıqlarını ifadə ediblər.