İstanbulda meşəlik ərazilərə girişə qadağa qoyulub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda İstanbul Valiliyi qərar verib.
Qərara əsasən, 23 iyun-15 oktyabr tarixləri arasında şəhər daxilində meşəlik ərazilərə giriş tamamilə qadağan olunacaq.
Qərarda deyilir ki, həmin tarixdən sonra meşəik ərazilərdə pik-niklərə icazə verilməyəcək.
Məlumatda buna səbəb məsuliyyıətsiz davranışdan törənə biləcək yanğın təhlükəsi göstərilib.
Fərid ASLAN
MİA.AZ