Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefonda müzakirə aparıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Merzə Almaniyanın İsraili silahlandırası və ona birmənalı dəstəyinin gələcək üçün təhlükə vəd etdiyini qabardıb.
Türkiyə lideri bəyan edib ki, bölgədə artan gərginlik böyük miqrant ordusunun formalaşması ilə yanaşı, nüvə radiasiyasının sızmasına səbəb verə bilər: "Şübhəsiz ki, bu, Avropaya da zərər verəcək. Türkiyə bu və ya digər səbəblərdən münaqişənin sona çatması və sabitliyin təminatı üçün səylər göstərir".
Qeyd edək ki, Almaniya kansleri İsrailin İrana hücumuna maraqlı üslubda haqq qazandırıb: "Bu, İsrailin hamımız üçün etdiyi çirkin işidir. Biz də bu İran rejiminin qurbanıyıq. Bu molla rejimi dünyaya ölüm və dağıntı gətirib".
Firudin Səfərli
MİA.AZ