Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Tehranda telekanalları bombalamasını pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda BMT İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, tərəflər, xüsusilə İsrail qanula hərəkət etməlidir: "Beynəlxalq hüquqa görə, hücumlar yalnız hərbi hədəflərə yönələ bilər. Lakin təəssüf ki, İsrail ilə İran mülki obyektləri də hədəfə alınır. İsrailin Tehrandakı dövlət televiziyasının binasını vurması izaholunmazdır. Orada da bəzi mülki şəxslər həyatını itirib. Bu, dəhşətdir. Jurnalistlərin və media işçilərinin tam müdafiəsinin təmin edilməsi zəruridir. Jurnalistlər beynəlxalq hüquqa görə mülki şəxs sayılırlar. Bütün bu cür pozuntular, xüsusən də jurnalistlərə hücum çəkən şəxslər və hadisələr dərhal və müstəqil şəkildə araşdırılmalıdır"
Samir MUSAYEV
MİA.AZ