HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Kassam Tuqayları Qəzza şəhərinin Şücaiyyə  və digər məhəllələrində İsrail hərbçilərini "tələyə" salıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Bildirilib ki Şücaiyyə məhəlləsində əl-Mintar küçəsinin şərqində bir İsrail əsgəri snayperlə vurulub: "Qəzza zolağının şimalında yerləşən Cibaliyyənin şərqində isə 3 İsrail tankı və bir hərbi maşın minaya salınaraq məhv edilib. Xan Yunus şəhərinin cənubunda isə İsrail ordusuna məxsus hərbi avtomobil minatanla vurulub güclü partlayıcı lüləli bomba ilə məhv edilib".

Açıqlamada o da qeyd olunub ki, Xan Yunisdə İsrail ordusuna məxsus bir buldozer məhv edilib.

Tahir Şəlvəli
MİA.AZ