İranın Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi ABŞ prezidenti Donald Trampın "Tehran rəsmiləri bizimlə görüçmək istəyirlər. Hətta Ağ Evə gəldilər. Lakin artıq danışıqlar üçün çox gecdir", - sözlərinə operativ reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nümayəndəlik Trampı təkzib edib.

Bildirilib ki, ABŞ prezidenti kpkündən yalan danışır: "İran adından heç kim Ağ Evə getməyib, heç kim amerkalılardan mərhəmət diləməyib. Onun yalanlarından daha iyrənc olan şey onun İranın ali liderini yox etmək barədə qorxaqcasına təhdid dilə gətirməsidir. İran təzyiq altında danışıqları və sülhü qəbul etmir, etməyəcək. Bütün təhdid və hərəkətlərə də cavab veriləcək".

Tahir Şəlvəli
MİA.AZ