Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova Assambleyanın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib.
O sədrliyi həmkarı, Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini deyib.
N.Kiselova vurğulayıb ki, Bolqarıstan həm daxildə, həm də hüdudlarından kənarda ətraf mühitin, regional əməkdaşlığın qorunmasına xidmət edəcək: “Biz regional əməkdaşlığı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq”.
Daha sonra o, Sahibə Qafarovaya “Şərəf” medalını təqdim edib(report).