İsrailin İrandan ballistik raket və dron hücumlarına qarşı beynəlxalq dəstək tələb etdiyi haqda xəbər yayılıb.
Mia.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN-da mlumat gedib.
Bildirilib ki, İsrail hökuməti İranın “Sadiq söz-3” əməliyyatı çərçivəsində həyata keçirdiyi genişmiqyaslı hücumlara qarşı müdafiə qalxanı yaratmaq üçün bir çox ölkəyə rəsmi müraciət edib: "İsrailin müraciətinə yalnız Britanya müsbət yanaşıb və əvvəlkiiki raket hücumunin zərərsizləşdirilməsi əməiyyatında yer alıb. Lakin Fransa hələ də qərar verməkdə tərəddüd edir"
İsrailli bir səlahiyyətliyə istinad olunan xəbərdə o da deyilir ki, Britaniya Tel-Əvivə əlavə dəstək sözü də verib.
Samir MUSAYEV
MİA.AZ