İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailə ballistik raket hücumları ilə bağlıı maraqlı mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailə ballistik raket hücumlarının görüntülərini X hesabından paylaşan İran lideri ifrit və fars dillərində belə yazıb: “Çarəsiz qalacaqsınız"

Xatırladaq ki, İsrail iyunun 13-də ordunun yüksək komandanlığını hədəf alaraq İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlara başlayıb. Nəticədə İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub. Bununla yanaşı, 78 mülki şəxs hıyatı illə vidalaşıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində isə indiyədək 4 nəfər plüb, 150-yə yaxın yaralı var.

Tahir Şəlvəli
MİA.AZ