Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin İran obyektlərinə hücumlarını pisləyib.
Bu barədə BƏƏ XİN-in rəsmi bəyanatında deyilir.
"BƏƏ İsrailin İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyir və münaqişənin davam edən gərginləşməsi və onun regional təhlükəsizlik və sabitliyə təsiri ilə bağlı dərin narahatlığını ifadə edir", - məlumatda qeyd olunur./Report