Abşeronda qətl törədən şəxs tutulub.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.