Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.

Açıqlaçda deyilir: "Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədən təsirlənənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Hindistana qarşıdakı günlərdə güc və şəfa diləyirik".

Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, 242 nəfər ölüb.