Məşhur türkiyəli aktrisa Burcu Özberk həmyerlilərindən şikayətlənib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Muhteşem Yüzyıl", "Günəşin Kızları", "Afili Aşk", "Aşk Mantık İntikam", "Çocukluk" kimi serallarla tanınan aktrisa İndoneziyanın dünyaca məşhur Bali adasındakı kirayə və yaşam qiymətlərinə üsyan edib.
O, kirayə qiymətlərinin artmasının səbəbini isə həmyerlilərində, yəni, türklərdə axtarıb: "Hər il minlərlə turisti özünə cəlb edən adaya turist axını villa və yaşayış qiymətlərinin sürətlə bahalaşdırıb. Məncə, bu artımın əsas səbəbi türk türzim şirkətləri və turistlərdir. Mən daim Baliyə turist cəlbiylə bağlı videolar görürəm. Deyirlər ki, hər şey daxil ayda 50-70 min TL kirayə ödəməklə yaşaya bilərsiniz. 3-4 il əvvəl getdiyim zaman ən dəbdəbəli villalar belə Airbnb-də uzağı 25 min TL idi. İndi bəzi insanların ucbatından bu ikiqat olub. Bahalaşmada rol alanlardan biri də mənim qohumumdur”.
Aktrisa daha sonra Balinin yalnız tətil üçün ideal yer olduğunu qeyd edib: "Ancaq bura daimi yaşamaq üçün yer deyil. Burada palma yağından xəstələnən çoxlu insan var. Tətil üçün əladır, amma bu qədər. Hər şeyi tərk edib Baliyə köçmək çağırışları nə deməkdir?! Türklər tələyə düşməsin"
Ləman
MİA.AZ