Türkiyənin Amasiya şəhərində əsgərliyə yolasalma mərasimində qidadan kütləvi zəhərlənmə olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hacılar Meydanı məhəlləsindəki bir evdə keçirilən  ziyafətə qatılan çoxlu sayda insanın yemək yedikdən sonra halı pisləşib: "Onlardan bəziləri mədə ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə 39 nəfəri təcili yardımla xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır"

Lamiyə Əhmədli
MİA.AZ