“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin influenserlərlə əməkdaşlıqla əlaqədar elan etdiyi tender ləğv olunub.

Qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 302 027 AZN olub(Pravda).