Müğənni Əlikram Bayramovun 35 yaşlı qardaşı oğlu Rahid Bayramov itkin düşüb.

Mia.az xəbər verir ki, müğənninin qardaşı Qafar Bayramov oğlunun itkin düşməsi ilə bağlı “Səni axtarıram” verilişinə müraciət edib.

O bildirib ki, R.Bayramov may ayının 7-si Biləsuvardan Bakıya qardaşıgilə gəlib, 8-i sənədlərini düzəltmək üçün evdən çıxıb və bundan sonra telefonuna zəng çatmayıb. Qafar Bayramovun sözlərinə görə, oğlu on ildir, Türkiyədə gəmidə işləyir, sağlamlığında, psixoloji vəziyyətində heç bir problem yoxdur. Ailəlidir, iki övladı var.

Qafar Bayramov onu da bildirib ki, iki il əvvəl də oğlu Türkiyədən gələrkən üç gün telefonuna zəng çatmayıb. Ailəsi səbəbini soruşduqda isə “işim var idi” cavabını verib.

Xoşqədəm Hidayətqızı Rahid Qafarovun həyatında başqa qadın olmasından şübhələndiyi deyib(pravda).