Amerikalı milyarder iş adamı Elon Mask ABŞ prezidenti Donald Trampla bağlı ittihamlarını geri götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, peşman olduğunu etiraf edib: "Çox təəssüf ki, həddindən artıq irəli getdim. Trampla bağlı bəzi yazı və iddialarımdan çox peşmanam”.
Xatırladaq ki, Mask vəzifədən ayrıldıqdan sonra Trampa qarşı ittihamlar səsləndirib. O, hətta "Mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar isə Nümayəndələr Palatasına, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar", - deyə bildirib.
Zülfiyyə Mustafayeva
MİA.AZ