Türkiyədə toydan qayıdan 15 nəfərin olduğu avtobus qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə Çorum-Yozqat avtomobil yolunun Koçhisar Anbarı yaxınlığında baş verib.

Məlumatda deyilir ki, idarəetmədən çıxan avtobus aşıb.

Firudin Səfərli
MİA.AZ