"Kanada NATO-nun ABŞ-dan hərbi asılılığı azaltmaq və qlobal qeyri-sabitliyi artırmaq məqsədi ilə gələn ilin büdcə ayırmasını vaxtında əvəəl ödəyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Mark Karni jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, ölkəsi bununla yanaşı, NATO-nun daha da güclü quruma çevrilməsi üçün büdcədən müdafiə qabiliyyətinə milyardlarla dollar sərmayə ayıracaq: "Kanada hərbi baxımdan ABŞ-dan çox asılıdır. Biz bu problemə "əl qoymalıyıq". Biz bundan sonra müdafiə xərclərimizin dörddə üçünü ABŞ-a deyil, öz ölkəmizə xərcləyəcəyik. Təəssüf ki, Kanada ordusunun infrastrukturu, o cümlədən texnikasının çoxu köhnəlib. Bu, bizim hərbi hazırlıq qabiliyyətimizi aşağı salır. Bunu mərhələli formada həll edəcəyik. Biz yeni sualtı qayıqlar, təyyarələr, gəmilər, zirehli texnikalar, artilleriya sistemləri, radar, PUA-lar və digər müşahidə sistemlərinə sərmayə qoyacağıq".
Xəbərdə o da deyilir ki, Kanada 2025-2026-cı illər ərzində ölkənin müdafiə xərclərinin 44,2 milyard Kanada dollarına (təxminən 32 milyard dollar) çatacaq.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ