CHP sədri Özgür Özələ cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Qaziosmanpaşada keçirilən mitinqdə CHP-li bələdiyyə sədrlərinin istintaqına rəhbərlik edən İstanbul Respublika Baş prokuroru Akın Gürlek haqqında söylədiyi sözlərə görə ittiham olunub.

Bu barədə Ədliyyə naziri Yılmaz Tunç xüsusi açıqlama yayıb.

O, CHP sədrinin İstanbul Respublika Baş Prokurorunu hədəf alan təhdid xarakterli açıqlamalarıni qəbuledilməz sayıb: "Ədliyyə məmurunu vəzifəsini yerinə yetirməsinə mane olmaq üçün hədələmək və açıq şəkildə təhqir və təhdid etməklə qəbuloluunmazdır. Artıq istintaq başladılıb".

Nazirin bu barədə açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:

Firudin Səfərli

MİA.AZ