Prezidentin köməkçisi Hikmət Hacıyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Faysalı qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.