Antalyada qəfildən bıçaqlanan 9 qat dünya çempionu Araz Musayev vəziyyətinin ağırlaşdığını deyib.
Mia.az xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində payaşım edib.
O, daha sonra izləyicilərinə xitabən yazıb: "Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm".
Xatırladaq ki, Araz Musayevə hücumla bağlı Azərbaycan Uşu Sanda Fedarasiyasının prezidenti Azər Həsənsoy, Azərbaycan Kikboksinq Fedarasiyasının I vitse-prezidenti Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov saxlanılıb.
Onu da qeyd edək ki, bu sensasiyalı hadisədə bəzi media orqanları və sosial media istifadəçiləri Suraxanının icra başçısı, eyni zamanda, Azərbaycan Kikboksinq Fedarasiyasının prezidenti Adil Əliyevin də adını çəkirlər.
Firudin Səfərli
MİA.AZ