İsrail ordusu Qəzzanın qərbindəki köçkün düşərgəsini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat açıqlayıb.

Bidirilib ki, İsrail döyüş təyyarələri Qəzzanın qərbindəki bir limanda köçkün düşərgəsini bombalayaraq dəhşətli qırğına imza atıb: "Hava hücumu nəticəsində aralarında uşaqların da olduğu 7 mülki şəxsin həlak olub, çoxlu sayda insan ağır yaralanblar" 

Xəbərdə o da deyilir ki, İsrail hərbi gəmilərindən isə şəhərin qərb hissəsindəki dənizdə balıq tutmaq istəyənlər atəşə tutulub: "Hadisə zamanı ölən və yaralananlar haqqında dəqiqləşdirmə aparılır".

Tahir Şəlvəli
MİA.AZ