"Donald Trampın İstanbulda Rusiya-Ukrayna danışıqlarında irəliləyişi müsbət sayır və alqışlayır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri  Ağ Evin sözçüsü Karolin Leavitt brifinqdə deyib.

O bildiirb ki, bu barədə Trampla söhbətləşib: "Bu səhər prezidentlə bu barədə danışdım. O, İstanbulda gördüyümüz irəliləyişi müsbət qiymətləndirir. O, hər iki lideri oturub birbaşa bir-biri ilə danışmağa çağırır...".

Leavitt Rusiyanın Ukrayna tərəfinə sülh memorandumu təqdim etdiyini xatırladıb və ümid edir ki, bu prosesdə irəliləyiş davam edəcək: "Tramp həqiqətən də müharibənin bitməsini istəyir. O, bu müharibənin daha çox uzanmasını istəmir, münaqişələrin dayandırılmasını və bu məsələnin danışıqlar masasında həll olunmasını gözləyir".

Ağ Ev rəsmisi iyununn 1-də Ukraynanın Rusiya təyyarələrini bazalarında vurmasında da söz açıb: "Trampın Ukraynanın Rusiyaya çoxsaylı PUA hücumundan əvvəldən xəbəri olmayıb"

Leavitt ABŞ Konqresinin gündəmində olan Rusiyaya qarşı mümkün sanksiyalar məsələsinə də toxunub və bildiirb ki, Tramp lazım gəldiyi halda sanksiyalardan istifadə edəcək.

Samir MUSAYEV
MİA.AZ