İspaniya İsrail şirkətindən tank əleyhinə raket sisteminin alışını dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İspaniya Müdafiə Nazirliyi yayılan məlumatı təsdqiləyib.

Bildirilib ki, "Spike LR2" tank əleyhinə raket kompleksinin alışına dair daha əvvəl İsrail şirkəti ilə imzanmış 285 milyonluq müqavilə "dondurulub".

İspaniya hökumətinin müdafiə məsələləri üzrə dövlət katibi Amparo Valkarse bildirib ki, hökumət İsraildən hər hansı aslılıqdan qaçmaq üçün daha "dərin plan"lar üzərində işləyir: "Bizim İsraillə qətiyyən silah alqı-satqısı layihəmiz olmamalıdır".

Xatırladaq ki, iki ölkə arasındakı müansibətlər Qəzzadakı savaşdan sonra daha da pisləşib.

Lamiyə Əhmədli
MİA.AZ