Vətən Partiyasının sədrinin şəxsi köməkçiis özünü evinin tualetində güllələyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Doğu Perinçekin ən sadiq köməkçisi sayılan Oğuzhan Balkan naməlum səbəbdən özünü İstanbulun Taksim meydanına yaxın olan evində vurub.

Məlumata görə, silah atəşi səsini eşidən qonşular polisə məlumat verib: "Hadisə yerinə gələn polislər qapını qıraraq mənzilə daxil olublar. Onlar Oğuzhan Balkanı ağır vəziyyət mənzilin tualetindən tapıblar".

Xəbərdə deyilir ki, koma vəziyyətində olan partiya funksioneri xəstəxanaya aparılıb: "Onun durumu çox ağırdır"

Vətən Partiyası və onun liderindən intihara cəhd barədə hələlik açıqlama verilməyib.

Firudin Səfərli
MİA.AZ