Polşada prezident seçkilərinin ikinci turunda ölkəyə rəhbərlik edəəck şəxs seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gərgin mübarizə şəraitində keçən ikinci turda Varşava meri Rafal Trzaskovski müxalif Hüquq və Ədalət Partiyasının namizədi, tarixçi Karol Navroçkiyə uduzub.
Seçki Komissiyasının rəsmi məlumatına görə, Navroçki səslərin 50,9 faizini qazanaraq ölkəni beş il müddətinə prezidenti olacaq
Siyasi analitiklərin fikrincə, Avropa İttifaqına xoş olmayan münasibəti və ABŞ prezidenti Donald Trampa xüsusi simpatiyası olan Navroçki prezidentliyi dövründə veto hüququ ilə Baş nazir Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə problemlər yaradacaq...
Samir MUSAYEV
MİA.AZ